az en

Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı hərracda iştirak qaydaları:

Hərrac müəssisənin (obyektin)  və səhmin, habelə torpaq sahələrinin qısa xarakteristikası və ilkin satış qiymətinin elan olunması ilə başlanır.Satış qiyməti elan olunduqdan sonra hərrac iştirakçıları öz biletlərini qaldırmaqla elan olunmuş qiymətə müəssisəni (obyekti) və ya səhmi, habelə torpaq sahələrini almağa razı olduqlarını bildirirlər ilkin satış qiyməti iştirakçılar tərəfindən əlavə etmə yolu ilə artırılır.Hər yeni təklif ilkin satış qiymətinin 1 faizindən az olmamalıdır.

 

Hərracçı yeni satış qiymətini üç dəfə təkrar edir. Təklif olunmuş qiymətə dair digər alıcılardan heç biri biletini qaldıraraq münasibətini bildirmədikdə, hərrac başa çatmış hesab edilir.

 

Ən yüksək qiyməti təklif etmiş iştirakçı hərracın qalibi sayılır. Hərracçı müəssisənin (obyektin) və ya səhmin (səhm zərfinin), habelə torpaq sahələrinin satıldığını, satış qiymətini və qalibin biletinin nömrəsini elan edir;

 

İlkin qiymət 3 (üç) dəfə elan olunduqdan sonra alıcılardan heç biri biletini qaldırmazsa, hərrac baş tutmamış hesab olunur və müəssisə (obyekt), səhm, habelə torpaq sahələri satıcıya qaytarılır;

 

Özəlləşdirilən müəssisələrin (obyektlərin), səhmlərin hərracda satışı zamanı alıcı kimi hüquqi və fiziki şəxs, o cümlədən əmək kollektivi hərracın yeganə iştirakçısı olarsa, bu halda müəssisə (obyekt) və səhmlər həmin şəxsə, qanunvericiliklə müəyyən edilmiş qaydada, start qiyməti ilə, yaxud hərrac şərtləri ilə müəyyənləşən qiymətlə satılır.

 

Mənbə: Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2000-ci il tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları"nın 4.4 bəndinə əsasən.


 

Ödəniş rekvizitləri:

Əmlak Məsələləri Dövlət Komitəsi VÖEN 2000015631

Rekvizitlər:

Adı: Mərkəzi Bank
Kodu: 501004
Müxbir hesab: AZ74NABZ011451700000000001944
VÖEN: 9900071001,
S.W.İ.F.T. NABZAZ2C
Alan müştəri;
Adı: Əmlak Məsələləri Dövlət Komitəsi
Hesab: AZ24NABZ01360150000000001944

VÖEN: 2000015631

Partnyorlar

asan.jpgazpromo.jpgbank.jpgemdk.jpggomruk.jpgiqdisadi.jpgprezident.jpgsahibkar.jpgstatistika.jpgvergi.jpg