az en

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Şəmkirdə vətəndaş qəbulu keçirib

Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 14 iyul 2017-ci il tarixində Şəmkirdə növbəti vətəndaş qəbulu keçirib. Komitə sədri qəbulda Şəmkir ilə yanaşı Gədəbəy, Tovuz, Ağstafa, Qazax rayonundan olan vətəndaşların müraciətlərinə baxıb. 

Qəbulda mülkiyyət hüquqlarının tənzimlənməsi, daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin dövlət qeydiyyatı, dövlət əmlakının idarə edilməsi, torpaqların sərhədlərinin müəyyən edilməsi, torpaqların təyinatı üzrə istifadəsi ilə bağlı müraciətlər səsləndirilib. Vətəndaşlar onlara məxsus  fərdi həyət evləri və mənzillər, torpaq sahələrinə çıxarış, texniki pasport və digər sənədlərin alınması ilə bağlı komitə sədrinə müraciət ediblər. Bir neçə vətəndaş isə dövlət əmlakının özəlləşdirilməsi və icarəsi ilə bağlı müraciət edib.

Komitə sədri müraciət edən vətəndaşların hər birini diqqətlə dinləyib, səsləndirilən bir sıra müraciətlər verilən göstərişlər nəticəsində dərhal həllini tapıb. Müraciətlər və suallarla bağlı vətəndaşlara mövcud qanunvericiliyin tələbləri və zəruri prosedurlar izah olunub.

Əmlak Məsələləri Dövlət Komitəsinin 11 iyulda keçirilən hərracında bir neçə müəssisə rəqabətli şəkildə özəlləşdirilib

Əmlak Məsələləri Dövlət Komitəsi 11 iyulda dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərracını  keçirib. Hərracda 21 dövlət əmlakı özəlləşdirilib. Bunlardan 1-i səhmdar cəmiyyəti, 8-i kiçik dövlət müəssisəsi, 12-i istifadəsiz qeyri-yaşayış sahəsidir. Hərraclar müasir şəraitdə, tam şəffaf, geniş ictimaiyyətin və media nümayəndələrinin iştirakı ilə baş tutub.

Hərracda Bakı  şəhəri üzrə 4 kiçik dövlət müəssisəsi, 11 istifadəsiz qeyri-yaşayış sahəsi, respublikanın digər şəhər və rayonları üzrə 4 kiçik dövlət müəssisəsi, 1 istifadəsiz qeyri yaşayış sahəsi sahibini tapıb. Özəlləşdirilən əmlaklar tikinti, ticarət, təmir, sahəsinə aid olub.

Özəlləşdirilən kiçik dövlət müəssisələri müvafiq olaraq Bakının Sabunçu, Nəsimi, Pirallahı, Qaradağ rayonlarında, regionlardan isə Sumqayıt, Lənkəran, Cəlilabad və Oğuzda yerləşir.

Amerika Ticarət Palatasında “Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi prosesinin hazırkı mərhələsi və gələcək imkanlar” mövzusunda tədbir keçirilmişdir

27 oktyabr 2016-cı il tarixində Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) Direktorlar Şurasının dəvəti ilə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Palatanın təşkil etdiyi tədbirdə iştirak etmiş və Azərbaycanda həyata keçirilən özəlləşdirmə prosesinin hazırkı mərhələsi və gələcək imkanlar” mövzusunda çıxış etmişdir.

Belə tədbirlər Palata tərəfindən hər ay təşkil olunmaqla, tədbirlərə qonaq qismində Azərbaycan Respublikasının nazirləri, komitə sədrləri, Milli Məclisin üzvləri, müxtəlif mərkəzi dövlət qurumlarının rəhbərləri və digər yüksək səviyyəli şəxslər dəvət edilir. Qonaq qismində dəvət olunmuş şəxslər ölkə ictimaiyyəti üçün aktual olan və Palata üzvlərini maraqlandıran aidiyyəti məsələlər haqqında təqdimatla çıxış edir, yaranan sualları cavablandırır, yekunda isə qarşılıqlı əməkdaşlıq imkanları haqqında fikir mübadiləsi və müzakirələr aparılır.

4 iyulda keçirilən hərracda potensial gəlir mənbəyi olan müəssisələr özəlləşdirilib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması məqsədilə  açıq hərracların keçirilməsi davam etdirilir. Daşınmaz dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti belə hərrac 4 iyulda keçirilib. Hərraclar müasir şəraitdə, tam şəffaf, geniş ictimaiyyətin və media nümayəndələrinin iştirakı ilə baş tutur. Əvvəlki hərraclarda olduğu kimi bu hərracda da dövlət əmlakının özəlləşdirilməsinə, habelə hərracların keçirilməsi prosesinə investorlar və ictimai maraq kifayət qədər böyük olub. Hərrac iştirakçıları, dövlət obyekti almaq istəyən vətəndaşlar respublikanın digər regionlarında da keçirilən hərracları canlı şəkildə izləyə biliblər.

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Sabirabadda vətəndaş qəbulu keçirib

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin regionlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov tərəfindən 28 oktyabr 2016-cı il tarixində Sabirabad rayonunda vətəndaş qəbulu keçirilib. Qəbul zamanı Sabirabad, Şirvan, Hacıqabul, Salyan, Neftçala və Saatlı rayonlarından olan vətəndaşların müraciətlərinə baxılıb.

İştirak edən vətəndaşların bir qismi dövlət əmlakının özəlləşdirilməsi prosedurları, dövlət mülkiyyətində olan əmlakların icarəsi barədə müraciətlərini səsləndiriblər. Dövlət əmlakının satışı üzrə keçirilən hərraclarda iştirak, onların icarəsində və ya istifadəsində olan kiçik dövlət obyektlərinin özəlləşdirilməsi şərtləri barədə müraciətlər çatdırılıb. Komitə sədri həm Bakı, həm regionlarda yerləşən səhmdar cəmiyyətləri, kiçik dövlət müəssisələri və qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi üzrə hər həftə açıq hərracların keçirildiyini bildirib.

Partnyorlar

asan.jpgazpromo.jpgbank.jpgemdk.jpggomruk.jpgiqdisadi.jpgprezident.jpgsahibkar.jpgstatistika.jpgvergi.jpg
bp.jpgmicrosoft.jpgoracle.jpgsamsung.jpgsk.jpgsocar.jpgz1.pngz2.jpgz3.jpgz4.png