az en

Növbəti hərracda 31 dövlət əmlakı özəlləşdirilib

Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlaklarının özəlləşdirilməsi üzrə 25 oktyabr tarixində növbəti hərracı keçirib. Bu dəfəki hərracda ümumilikdə 31 dövlət əmlakı özəlləşdirilib. Hərracda satılmış əmlakların 3-ü səhmdar cəmiyyəti, 16-sı kiçik dövlət müəssisə və obyekti, 3-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 9-u isə nəqliyyat vasitəsi olub.

Qeyd edək ki, bu hərrac da, əvvəlki hərraclar kimi, tamamilə açıq və şəffaf şəraitdə baş tutub və istənilən vətəndaşın və ya media üzvünün iştirakına heç bir məhdudiyyət olmayıb. Həm bu hərracın, həm də respublikanın digər şəhər və rayonlarında keçirilən hərracların gedişatı əyani müşahidə şəklində böyük monitorlarda canlı izlənilib.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 22 noyabrda keçiriləcək hərraca daha 78 dövlət əmlakı çıxarılıb

Azərbaycan Respublikasının Prezidentinin «Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında» 19 iyul 2016-cı il tarixli fərmanına, dövlət başçısının bu sahədəki digər tapşırıqlarına uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı açıq hərracların keçirilməsi davam etdirilir.

Belə ki, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı 22 noyabr tarixində keçiriləcək növbəti hərrac elan edilib.

Noyabr ayında baş tutacaq Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi ilə bağlı mətbuat konfransı keçirilib

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, “ElanExpo” və “Atılım Fuarcılık” şirkətlərinin birgə təşkilatçılığı ilə 22-24 noyabr 2016-cı il tarixlərində baş tutacaq RecExpo II – Azərbaycanın Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisinə dair 20 oktyabr tarixində mətbuat konfransı keçirilib. Konfransda Komitənin rəsmiləri, sərginin təşkilatçıları, aparıcı media və ictimai təşkilatların nümayəndələri iştirak edib.   

Konfransda Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmisi qeyd edib ki, «Baku Expo Mərkəzi»ndə keçiriləcək RecExpo II Sərgisi beynəlxalq inşaat, daşınmaz əmlak və bu sahədə invesitisiya şirkətlərinin layihələrini nümayiş etdirmək üçün çox əhəmiyyətli bir platformadır.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən “Daşkəsən Filizsaflaşdırma” ASC-nin özəlləşdirilməsində məsləhət xidmətləri göstərəcək şirkət müəyyən edilmişdir

Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2016-cı il tarixli “Azərbaycan Respublikasının metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında” Sərəncamının icrası ilə əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən zəruri tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Sərəncamla müəyyən edildiyi kimi, özəlləşdirmənin daha səmərəli və ölkənin strateji maraqlarına uyğun keçirilməsi məqsədi ilə prosesə nüfuzlu məsləhətçi şirkətin cəlb edilməsi üçün Komitə tərəfindən açıq tender elan olunmuşdur.

Əmlak Məsələləri Dövlət Komitəsində 2016-cı ilin 9 ayı ərzində görülmüş işlərə dair müşavirə keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2016-cı ilin yanvar-sentyabr aylarında görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib.

Müşavirədə çıxış edən komitə sədri Kərəm Həsənov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 2016-cı ilin ötən 9 ayında ölkənin iqtisadi potensialının gücləndirilməsinin və uğurlu inkişaf dinamikasının təmin edildiyini bildirib. Qeyd olunub ki, həyata keçirilən islahatların tərkib hissəsi dövlət əmlakının özəlləşdirilməsi prosesi xüsusi əhəmiyyət kəsb etmiş və bu prosesdə yeni mərhələyə qədəm qoyulub.

Partnyorlar

asan.jpgazpromo.jpgbank.jpgemdk.jpggomruk.jpgiqdisadi.jpgprezident.jpgsahibkar.jpgstatistika.jpgvergi.jpg
bp.jpgmicrosoft.jpgoracle.jpgsamsung.jpgsk.jpgsocar.jpgz1.pngz2.jpgz3.jpgz4.png